AZAL-ın məşqində 300 tamaşaçı
08.02.2011 - 09:57
Azərbaycan Premyer Liqasının XX turunun oyununa hazırlaşan AZAL təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, “Airport” otelində məşkunlaşan komanda Şüvəlan stadionunda ilk məşqinə çıxıb. Səhər məşqini fiziki hazırlığa sərf edən və əsasən trenajorda çalışan futbolçular axşam klubun yeni stadionunda meydançaya çıxıb. Ot örtüyü yeni istifadəyə verilmiş və tikinti-quraşdırma işləri hələ də davam edən Şüvəlandakı stadionda AZAL böyük izdihamla qarşılanıb. Belə ki, Nazim Süleymanovun yetirmələrinin məşqini təxminən 300 azarkeş izləyib.
Qeyd edək ki, AZAL fevralın 12-də “Gəncə”ni qəbul edəcək.
Qeyd edək ki, AZAL fevralın 12-də “Gəncə”ni qəbul edəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0