Starkov “Bakı”dan ayrıldı
08.02.2011 - 10:10
“Bakı” klubu komandanın təlim-məşq bazasında hazırlığın ikinci hissəsinə start verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi baş məşqçisi Aleksandr Starkovsuz hazırlaşır. Buna mütəxəssisin çalışdırdığı Latviya milli komandasının düşərgəsinə yollanması səbəb olub. Yığmasının fevralın 9-da Boliviya ilə keçiriləcək yoldaşlıq oyununa yollanan mütəxəssisin yoxluğunda “Bakı”nın hazırlıqlarına Novruz Əzimov və İqor Klimov rəhbərlik edib.
Qeyd edək ki, bakılılar qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu fevralın 12-də evdə “Muğan”a qarşı keçirəcək.
Qeyd edək ki, bakılılar qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu fevralın 12-də evdə “Muğan”a qarşı keçirəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0