Ramiz Məmmədov Antalyanı heç-heçə ilə tərk edir
08.02.2011 - 10:28
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərindəki 2-ci təlim-məşq toplanışında 3-cü matçına çıxan həmyerlimizin komandası Moldova təmsilçisi “Olimpiya” ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb – 0:0. Bununla da Türkiyə toplanışını bitirən “Atırau” bu gün Qazaxıstana qayıdır.
Qeyd edək ki, “Olimpiya” bu mövsüm Avropa Liqasında Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”la qarşılaşmışdı və yalnız səfər qolu hesabına mərhələ adlamışdı – 0:0, 1:1
Qeyd edək ki, “Olimpiya” bu mövsüm Avropa Liqasında Azərbaycan təmsilçisi “Xəzər Lənkəran”la qarşılaşmışdı və yalnız səfər qolu hesabına mərhələ adlamışdı – 0:0, 1:1
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0