“Xəzər Lənkəran” Adrian Skarlatake ilə rəsmi müqavilə imzaladı
08.02.2011 - 12:29
Qış fasiləsində bütün mövqeləri gücləndirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqaviləsini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, komandanın növbəti transferi rumıniyalı müdafiəçi Adrian Skarlatake olub. Baxışdan uğurla keçən 24 yaşlı futbolçu bundan sonra cənub təmsilçisinin şərəfini qoruyacaq.
Əsasən sağ cinah müdafiəçisi kimi tanınan Adrian həm də arxa xəttin mərkəzində yer ala bilər. Futbolçu “Xəzər Lənkəran”ın sıralarına “Dinamo” (Buxarest) komandasından qoşulub. İcarə əsasında müxtəlif Rumıniya klublarında çıxış etmiş yeni transfer karyerası ərzində keçirdiyi 140-dan çox oyunda 4 dəfə qol vurmağa da nail olub.
Qeyd edək ki, klubun digər yeni transferi Nikulae Muşatla eyni yaşda olan Skarlatake öz həmyerlisindən cəmi bir gün kiçikdir.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0