Emil Mpenza azarkeşlərə səslənib, söz verdi
08.02.2011 - 21:22
“Artıq əməliyyat olunub, zədə ilə bağlı problemi arxada qoymuşam. Cərrahiyyə əməliyyatı uğurla başa çatdı. Həkimlərin rəyinə görə, 6 həftəyə yaşıl meydanlara dönəcəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun futbolçusu Emil Mpenza deyib.
Türkiyədə təlim-məşq toplanışı zamanı zədələnən belçikalı hücumçu vətənində uğurla əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, Mpenza 6 həftəyə yaşıl meydanlara dönəcək: “Mənim əsas təəssüfləndiyim məqam bu müddətdə "Neftçi"yə kömək edə bilməməyimdir. Bildiyiniz kimi, bizi növbəti turda vacib görüş gözləyir. "Xəzər-Lənkəran"la oyunda komanda üzvlərinin var güclərini ortaya qoyaraq qələbə qazanacaqlarına inanıram. "Neftçi"nin heyətində yüksək səviyyəli futbolçular yer alır. Onların mənim yoxluğumu unutduracağına əminəm. Buradan "Neftçi" azarkeşlərini bu əhəmiyyətli oyuna səsləyirəm. Qoy, onlar komandamızı sona qədər dəstəkləsinlər. "Neftçi" "Xəzər-Lənkəran"la oyunda qələbə qazanaraq, çempionluq yolunda daha bir əngəli arxada qoyacaq. Mən də tezliklə flaqmanın düşərgəsinə qayıdaraq, vuracağım qollarla onları yenidən sevindirəcəm".

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0