Rəşad Sadıqov “Qarabağ”a qayıdır
09.02.2011 - 18:23
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov “Qarabağ”a qayıdır. Apasport.az saytının məlumatına görə, ötən ilin yayında Türkiyənin “Əskişəhərpor” klubuna transfer olunan 29 yaşlı müdafiəçi legioner həyatı yaşayanadək oynadığı komandaya dönmək üzrədir.
Belə ki, “Qarabağ”ın direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov Türkiyəyə yollanaraq əskişəhərlilərlə danışıqlara başlayıblar. Rəşadı icarəyə götürmək deyil, transfer etmək istəyən ağdamlılar bu istəkləri ilə bağlı ilkin razılıq əldə ediblər.
İndi son sözü Birləşmiş Ərəb Əmirliklərində olan yığmanın düşərgəsindən qayıdacaq Sadıqov deməlidir. Böyük ehtimalla, o da əsas heyətdəki yerini itirdiyi “Əskişəhərspor”dan ayrılmağa qərar verəcək.
Qeyd edək ki, bu, müdafiəçinin Türkiyədə möhkəmlənmək üçün 3-cü uğursuz cəhdidir. 2005/06 və 2006/07 mövsümlərində “Kayserispor”da möhkəmlənə bilməyən Sadıqov 2008/09 mövsümündə “Kocaelispor”la aşağı dəstəyə düşmüşdü.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0