Mpenza “Neftçi”ni yarı yolda qoydu!
10.02.2011 - 16:52
“Neftçi” ən təcrübəli futbolçusu Emil Mpenzanı itirib. Apasport.az saytının məlumatına görə, Belçika yığmasının sabiq hücumçusu vətənindəki əməliyyatdan sonra bir yaxşı, bir pis xəbər alıb.
Belə ki, uğurlu əməliyyat olunan 32 yaşlı hücumçu əvvəlcədən gözlənildiyi kimi, 6 həftə yox, 6 aydan sonra meydana qayıdacaq. Bu isə onun üçün 2010/11 mövsümünün bitməsi deməkdir.
Mpenza bu xəbərlə barışıb: “İstənilən halda, nə vaxtsa qayıdacağam. Ən çox təəssüfləndiyim odur ki, bu mövsüm “Neftçi””yə kömək edə bilməyəcəyəm. Amma komanda mənsiz də çox güclüdür”.
Qeyd edək ki, Emil Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında zədələnmişdi.

- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0