Milli komandamız reytinq cədvəlində 4 pillə irəlilədi
10.02.2011 - 17:05
Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması beynəlxalq futzal qurumunun yeni siyahısında 4 pillə irəliləyərək, 12-ci yerə yüksəlib.
Komandamızın hesabında 2080 xalı var. Millimiz bu göstərici ilə Avropada yığmaları arasında irəliləməyə nail olub. Belə ki, qitə üzrə son siyahıda 9-cu olan futzalçılarımız indi 6-cı yerdədirlər.
Dünya reytinqinin ilk “üçlüy”ü isə dəyişməz qalıb. Avropa çempionatının seçmə mərhələsində də rəqibimiz olan İspaniya yığması bu dəfə də I pillədəki yerini qoruyub. Onların aktivində 2391 xalı var. İkinci yerdə Braziliya (2351), üçüncü yerdə isə İran (2258) milli komandaları qərarlaşıblar.
Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsində digər rəqiblərimiz – Fransa və Qazaxıstan isə ilk “20-lik”də yer almayıblar.

- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0