Belçikalılar yığmamızın oyununu izləməyə gəlib
11.02.2011 - 09:19
Azərbaycan milli komandasının Macarıstan millisi ilə Dubayda keçirdiyi yoldaşlıq görüşü belçikalıların diqqət mərkəzində olub. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində növbəti rəqibimiz olan bu ölkənin nümayəndəsi Birləşmiş Ərəb Əmirliklərində olub. Belçika yığmasının məşqçisi 0:2 hesabı ilə uduzduğumuz oyunu “Əl-Şabab” stadionundan izləyib. Özü də həmin şəxs bunu AFFA-nın baş katibi Elxan Məmmədov yanında oturaraq, edib. Düzdür, onlar söhbətləşməyiblər. Sadəcə, Məmmədova oradakı şəxslər təqdim edilərkən, bunlardan birinin Belçika yığmasının nümayəndəsi olduğu bildirilib.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da keçiriləcək.
Mehman SÜLEYMANOV
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0