Türkiyə yığması ən böyük uğuruna imza atdı
28.02.2011 - 11:23
2012-ci il futzal üzrə Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya, Rusiya, Portuqaliya, Çexiya, Ukrayna, İtaliya qrup qalibləri, Azərbaycan, Serbiya, Rumıniya, Türkiyə və Sloveniya 2-ci yerin sahibi kimi həlledici mərhələdə çıxış etmək hüququ qazanıb. 12-ci iştirakçının isə ev sahibi kimi Xorvatiya yığmasının olduğu əvvəldən bilinirdi.
2-cilər arasında ən zəif göstəriciyə malik bir komanda 3-cü qrupda yer alan yığma (Belarus) oldu – 4 xal. Sadəcə, məsələ ondadır ki, 2-ci qrupda 2-ci yeri tutan Serbiya da 4 xal toplayıb. Ancaq onlar top fərqinə görə belaruslulardan üstün olub.
Türkiyə isə tarixində ən böyük uğura imza atdı. Qardaş ölkənin təmsilçisi son turda Belçikanı çətinliklə yenərək (3:2), 2-ci yerin sahibi kimi final mərhələsinə vəsiqəni qazandı. Ancaq onu da nəzərə alaq ki, 2-ci kimi çıxanlar arasında ən zəif göstəriciyə malik komanda məhz Türkiyə oldu. Onlar 6 xalı olanlar arasında ən pis top fərqinə (-8) malikdir. Yeri gəlmişkən, yığmamız 13 qol vuraraq, bu qədər də buraxdı və top fərqi 0 oldu. Bu isə 2-ci kimi çıxanlar arasında aşağı göstəricilərdəndir.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0