Mirça Luçesku “Beşiktaş”a qayıtmaq istəmədi
28.02.2011 - 13:49
Tanınmış rumıniyalı mütəxəssis Mirça Luçesku “Beşiktaş”ın təklifindən imtina edib. Apasport.az saytının məlumatına görə, Donetskin “Şaxtyor” klubunun çalışdırıcısı “Qara Qartallar”ın baş məşqçisi postuna qayıtmağa razı olmayıb.
Luçesku “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənlə görüşündə 3 illik müqavilə təklifi alıb ki, bunun ümumi dəyəri 9 milyon avro olub. Ancaq o, “Şaxtyor”un sabiq baş məşqçisi, ötən ilin yayından “Beşiktaş”ı çalışdıran almaniyalı həmkarı Bernd Şusterə hörmət əlaməti olaraq təklifi qəbul etməyib.
Luçeskunun Donetsk klubu ilə müqaviləsi 2011-ci ilin yayında uzadılacaq. O, indiki müqaviləsinə görə mükafatları nəzərə almasaq, ildə 3 milyon avro alır.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0