Azərbaycan – Rusiya oyunu Marbelyedə keçiriləcək
28.02.2011 - 17:51
Azərbaycan - Rusiya yoldaşlıq görüşünün vaxtı və məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martda 21 yaşlılardan ibarət yığmasının 2 yoldaşlıq görüşünü razılaşdıran Rusiya Futbol İttifaqı Belarusla martın 26-da, gənclər yığmamızla 29-da oynayacaqlarını açıqlayıb. Hər iki görüş İspaniyada olacaq. Yığmamızla oyun Bakı vaxtilə saat 20:00-da başlayacaq.
Ruslar martın 23-dən Moskvadan Malaqaya, oradan da Marbelyeyə yollanacaq. Hər 2 yoldaşlıq görüşü də həmin məkanın futbol meydançasında keçiriləcək. Baş məşqçi Nikolay Pisarev Belarus və Azərbaycanla oyunlarda iştirak edəcək futbolçuların siyahısını martın 8-dən sonra açıqlayacaq.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0