AZAL sabah yeni baş məşqçisinin təqdimatını keçirəcək
13.07.2011 - 17:11
Bakının AZAL klubu yeni baş məşqçisi Elxan Abdullayevin təqdimat mərasimini keçirəcək. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun apasport.az saytına verdiyi məlumata görə, sabah bununla bağlı Şüvəlan qəsəbəsində AZAL stadionunda tədbir olacaq. Klub rəhbərliyi 1 illik müqavilə imzaladığı yeni çalışdırıcısı ictimaiyyətə təqdim edəcək. Saat 10:30-da başlayacaq tədbirə dəvətli olan mətbuat nümayəndələri Abdullayevə, rəhbərliyə suallarını verə biləcəklər.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0