“Kəpəz” Kiyev “Dinamo”sunun sabiq qapıçısını baxışdan keçirir
13.07.2011 - 17:25
“Kəpəz” klubu daha 2 ukraynalı futbolçunu baxışa çağırıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, gəncəlilər qapıçı Vladimir İkonnikovla yarımmüdafiəçi Dmiti Yevstafiyevi sınaqdan keçirir. Artıq komandanın məşqlərinə qatılan İkonnikov 2004-cü ilədək Kiyev “Dinamo”sunun əvəzedici heyətinin, sonralar isə Ukraynanın İvano-Frankovsk şəhərini təmsil edən “Prikarpatye” klubunun qapısını qoruyub. 29 yaşlı legioner 1, 92 metr boya malikdir.
Gəncə klubunun baş məşqçisi Mehman Allahverdiyev sınaqdan keçirdiyi Dmitrinin karyerası vətəninə bağlıdır. Belə ki, 26 yaşlı yarımmüdafiəçi əvvəllər Çerniqovun “Dnestr”, sonralar isə Xarkovun “Qelius” komandasının şərəfini qoruyub.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0