“Azarkeşlərimiz “Neftçi” ilə görüşdən sonra evə xoşbəxt qayıtdılar“
14.07.2011 - 12:01
“Əlbəttə, qələbəyə görə şadam. Biz həqiqətən yaxşı oynadıq və əla nəticə əldə etdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqrebin “Dinamo” klubunun futbolçusu Jorje Leko deyib. Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”ni qəbul edən Xorvatiya çempionu 3:0 hesabı ilə qalib gələrək, mərhələ keçmək şansını xeyli artırdı.
Oyunda 90 dəqiqə meydanda olan təcrübəli müdafiəçi qələbə sevinclərini bölüşüb. Leko azarkeşlərə göstərdikləri dəstəyə görə minnətdarlıq edib: “Sözsüz ki, bu qələbə ilə doğma şəhərimizdə azarkeşlərimizin alqışlarını qazandıq və onları sevindirdik. Bundan yüksək hisslər ola bilməz. Hələ çox iş görməliyik, ancaq mövsümü əla başladıq. Mən əminəm ki, azarkeşlərimiz evdə xoşbəxt qayıtdılar. Mən onlara dəstəyə görə minnətdaram. Hesab edirəm ki, onlar stadiona gəlməklə, xoş anlar yaşadılar”.

- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0