Luis İbanyes: Bu, böyük qələbə idi və biz növbəti mərhələyə böyük addım atdıq
14.07.2011 - 13:56
Zaqrebin “Dinamo” klubunun futbolçusu Luis İbanyes Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”yə evdə qalib gəldikləri (3:0) oyundan azarkeşlərinə minnətdarlıq edib. Apasport.az saytının məlumatına görə, argentinalı sol cinah müdafiəçisi görüşün keçirildiyi “Maksimir” stadionundakı auditoriyadan zövq alıb: “Mən çox şadam. Bu, oynamaq üçün əla idi. Stadionundakı azarkeşlərə və bütün komanda yoldaşlarıma əhsən olsun. Çünki biz böyük iş gördük. Bu, böyük qələbədir və biz növbəti mərhələyə böyük addım atdıq”.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0