“Azərbaycan da Rusiya kimi final mərhələsinə yüksəlmək istəyir” - FOTO
25.02.2012 - 13:31
“Yığmamız Avropa çempionatında qalib gəlsəydi, bizə DÇ-2012-nin pley-off mərhələsinin 2 matçı daha çətin olardı. İndi isə oyunçularımız birinci olmadıqları üçün müəyyən mənada əsəbidirlər”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Mini Futbol Assosiasiyasının prezidenti əslən azərbaycanlı olan Emil Əliyev deyib.
O bildirib ki, futzal üzrə dünya çempionatının pley-off mərhələsində qarşılaşacaqları Azərbaycan yığması ilə oyunlar heç də asan olmayacaq: “Hamı gözəl başa düşür ki, hazırda əsas məqsəd dünya çempionatının növbəti matçlarında inamlı çıxışdır. İkincisi isə bizə çox çətin rəqib düşüb. Azərbaycan yığması da Rusiya kimi final mərhələsinə yüksəlmək istəyir. Şübhə etmirik ki, qitə çempionatında tutduğumuz ikinci yer futzalın ölkəmizdə inkişafına böyük təkan verib. Rusiya milli isə böyük beynəlxalq turnirlərdə hələ son sözünü deməyib”.
Qeyd edək ki, ilk oyun Bakıda martın 27-də keçiriləcək. Lakin hələlik cavab oyunun vaxtı dəqiqləşməyib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0