Böyükağa Hacıyev “Neftçi”dən ayrı düşdü
25.02.2012 - 16:05
Premyer Liqanın lideri “Neftçi”, “Turan”la oyunun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, futbolçular bu gün klubun bazasında bir araya gəliblər.
2 saat davam etmiş məşqdə milli komandalara dəvət almış futbolçular yer almayıb. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev isə stasionar müalicə aldığından hazırlıqda iştirak etməyib.
O klubun rəsmi saytına bildirib ki, həkim nəzarəti altında müalicəmi davam etdirir: “Bu səbəbdən də hələlik məşqlərdə iştirak edə bilmirəm. Köməkçilərimi təlimatlandırmışam və hazırlıqları onlar aparır”.
Qeyd edək ki, “ağ-qaralar” martın 3-də səfərdə “Turan”ın qonağı olacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0