“Yuventus” “Milan”a da uduzmadı
26.02.2012 - 09:46
İtaliya A seriyasında mövsümün əsas derbi oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın liderlərindən olan “Milan”la “Yuventus”un “San-Siro” stadionundakı görüşündə qalib müəyyənləşməyib – 1:1. Meydan sahibləri artıq 15-ci dəqiqədə yarımmüdafiəçisi Antonio Noçerinonun vurduğu qolla hesabı açsa da, üstünlüyü sona yaxın əldən verib. Belə ki, 69-cu dəqiqədə meydana daxil olan “Yuventus”un bombardiri, hücumçusu Alessandro Matri sona 7 dəqiqə qalmış komandasını ilk məğlubiyyətdən xilas edib. “Milan” hesabı açandan az sonra qanalı yarımmüdafiəçisi Salli Muntaririnin vurduğu təmiz qolundan baş hakimin səhvən hesaba almamağı böyük müzakirələrə səbəb oldu.
Milanlılar qələbəni əldən verməyinə baxmayaraq, vahid liderliyini davam etdirir. Komandanın 25 oyundan sonra hesabında 51 xal var. Cari mövsümdə yeganə məğlubedilməz olan “Yuventus” isə 1 xal geridə olsa da, 1 oyun az keçirib. Bu isə 2-ci yerdə gedən turinlilərin potensial lider olmağı deməkdir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0