Qurban Qurbanovun yığmanın toplanışına yollanacağı vaxt dəqiqləşib
26.02.2012 - 17:45
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Birləşmiş Ərəb Əmirliklərinə səfər tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 40 yaşlı çalışdırıcı AFFA-nın dəvəti ilə milli komandamızın Dubaydakı təlim-məşq toplanışında iştirak edəcək. O, fevralın 28-də ora yollanacaq. Qurbanov “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov birgə səfərə çıxacaq.
Qeyd edək ki, Premyer Liqa klublarımızın çalışdırıcılarından Rafiq Mirzəyev (AZAL), Fuad İsmayılov (“Kəpəz”), almaniyalı Bernard Raab (“Sumqayıt”) və türkiyəli Cüneyt Biçər (“Xəzər Lənkəran”) bu gün Dubaya gəlib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0