Mişel Platini millimizlə oyunları xatırlatdı, favoritini açıqladı
26.02.2012 - 19:37
UEFA prezidenti Mişel Platini bu ilin yayında keçiriləcək Avropa çempionatında favoritini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötənlərin əfsanəvi fransalı futbolçusu Polşa və Ukraynada təşkil olunacaq final mərhələsində Almaniya yığmasını əsas favorit sayır.
Platini ötən seçmə mərhələdə milli komandamızın qrupunda yüz faizli nəticə ilə 1-ci yeri tutan Bundestimin hazırkı çıxışını yüksək qiymətləndirib: “Hazırda Almaniya yığması Avropa qitəsində ən güclü sayılır. Onun heyətində gənc, sürətli futbolçular oynayır. Bundestim Avro-2012-nin seçmə mərhələsində bütün oyunlarda qalib gəldi. Mən hesab edirəm ki, Almaniya qarşıdakı final mərhələsinin əsas favoritidir”.
Qeyd edək ki, almanlar ötən seçmə mərhələdə yığmamıza evdə 6:1, səfərdə 3:1 hesabı iə qalib gəlib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0