“Omanla oyundakı səhvləri Azərbaycanla matçda düzəltməliyik”
27.02.2012 - 11:21
“Bu futboldur. Bura hər şey olur: qələbə də, məğlubiyyət də. Bir az səbirli olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hindistan milli komandasının baş məşqçisi Savio Medeyra deyib.
Bu gün Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək hindistanlıların çalışdırıcısı Omana 1:5 hesablı məğlubiyyət, həmçinin qarşıdakı görüş haqda danışıb: “Yeni oyunçuları sakitləşdirməliyik. Omanla oyunda müdafiədə boşluqlar var idi. Rəqibimiz FİFA reytinqində 95-ci idi. İndi qarşılaşacağımız Azərbaycan isə nisbətən aşağıda – 109-cu pillədədir. İlk oyundakı səhvlərimizi düzəltməliyik”.
Qeyd edək ki, Azərbaycan – Hindistan oyunu Dubayda keçiriləcək.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0