Azərbaycanla görüşə qədər Didye Droqbanın komandası ilə sınaq
27.02.2012 - 18:52
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığması özünə daha rəqib tapıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) yığmasının avqustun 15-də Fil Dişi Sahili millisi ilə yoldaşlıq görüşünü razılaşdırıb. Didye Droqbanın kapitanı olduğu yığma ilə həmin matçın Rusiyanın hansı şəhərdə keçiriləcəyi hələ müəyyənləşməyib.
RFİ-nin prezidenti Sergey Fursenko əvvəl bildirmişdi ki, FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulan avqustun 15-də Fransa yığması ilə matç planlaşdırılıb. Ancaq fransızlar həmin gündə Uruqvay yığması ilə oynamağı üstün tutdu.
Qeyd edək ki, avqustun 15-də evdə Bəhreyn yığması ilə yoldaşlıq görüşü keçirəcək millimizin ruslarla növbəti seçmə mərhələdə ilk rəsmi matçı bu ilin oktyabrında səfərdə olacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0