“Xəzər Lənkəran” Sumqayıta Bakıdan gedəcək
29.02.2012 - 14:57
"Xəzər Lənkəran" martın 3-də "Sumqayıt"a qarşı səfərdə baş tutacaq Premyer Liqanın XXII tur oyununa hazırlıq məqsədilə sabah Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, komanda "Happy İnn" otelində məskunlaşaraq toplanış keçirəcək.
Azərbaycan milli komandasının düşərgəsini səhhətində problem olduğuna görə vaxtından tez tərk edən Elnur Allahverdiyevdən başqa "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdur. "Sumqayıt"la oyuna qədər Elnur tibbi müayinədən keçəcək və onun həmin görüşdə çıxış edə bilib-bilməyəcəyı müəyyən ediləcək.
Qeyd edək ki, əyalət təmsilçisi Bakıdakı hazırlığı artıq baş məşqçi Cüneyt Biçərin rəhbərliyi altında keçirəcək. Biçər AFFA-nın dəvətilə digər klubların məşqçiləri ilə birgə Dubayda milli komandamızın düşərgəsində idi və bu gün o artıq Bakıya qayıdıb.
Mənbə: lankaranfc.com

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0