Berti Foqts start heyətini yenə dəyişdi
29.02.2012 - 15:34
Az sonra Fələstin yığması ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçisi Berti Foqts yenə bir sıra dəyişiklik edərək, cəzalandırdığı milliləşdirilən legionerlərdən türkiyəli müdafiəçi Ufuk Budakla serbiyalı Branimir Subaşiçi heyətə qaytarıb.
Ardıcıl 2-ci oyunda qapıda Kamran Ağayev yer alacaq. Müdafiənin mərkəzində kapitan Rəşad Sadıqovun yanında bu dəfə gənc Bədavi Hüseynov oynayacaq. Müdafiənin solunda Ufuk, sağında Arif Daşdəmirov forma geyinəcək.
Yarımmüdafiənin mərkəzində Hacı Əhmədovla Rəşad Sadiqov çıxış edəcək. Sol cinah Vüqar Nadirova, sağ cinah Mahir Şükürova tapşırılıb.
Hücumda Subaşiçlə Rauf Əliyev oynayacaq.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0