2570 gündən sonra Şəmkirdə
29.02.2012 - 16:11
Bakının “Neftçi” klubu uzun fasilədən sonra Şəmkirdə oynayacaq. Apasport.az saytının məlumatına görə, “Turan”ın ev stadionu cəzalı olduğundan qərb təmsilçisi ilə Şəmkirdə görüşəcək “ağ-qaralar” 7 ildən sonra özləri üçün tanış məkana qədəm basacaq. Xeyli müddət özü üçün prinsipial rəqib olan “Şəmkir”lə sonuncu dəfə 2005-ci il fevralın 18-də qarşılaşan bakılılar həmin vaxtdan sonra orada oynamayıblar. 2570 gündən sonra yenicən Şəmkirdə oynayacaq “Neftçi” 7 il əvvəl Georgi Adamiya və Emin Quliyevin qolları ilə hesabda önə keçmişdi. Paşa Əliyev isə meydan sahiblərinin təsəlli qoluna imza atmışdı – 1:2.
Qeyd edək ki, Şəmkirdəki “Turan” - “Neftçi” matçı martın 3-də keçiriləcək.
Qeyd edək ki, Şəmkirdəki “Turan” - “Neftçi” matçı martın 3-də keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0