Yığmamızın rəqibi Con Terriyə əvəzləyici tapdı
29.02.2012 - 16:24
İngiltərə milli komandasında qalmaqallı kapitanlıq məsələsinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Fabio Kapellonun istefa verməsindən baş məşqçi əvəzi olan Stüart Pirs Con Terrinin əlindən alınan sarğını kimin daşıyacağı ilə bağlı gözlənilməz seçim edib. Belə ki, o, Hollandiya yığması ilə bugünkü yoldaşlıq görüşündə “Tottenhem”in yarımmüdafiəçisi Skot Parkerin komandanı kapitan kimi çıxaracağına qərar verib.
Bununla da Parker sarğı uğrunda mübarizədə qapıçı Co Hartla “Liverpul”un dəyişilməz kapitanı Ctiven Cerrardı qabaqlayıb. Skotu yaxında İngiltərə ilin futbolçu seçiblər ki, bu da Pirsin qərarına təsir edib. Terri isə irqçiliklə bağlı səslənən ittihamlardan sonra kapitanlıqdan məhrum edilib və Kapello buna cavab olaraq postundan gedib.
Qeyd edək ki, Pirs 21 yaşlılardan ibarət yığmamızın (U-21) cari seçmə mərhələdə rəqibi olan İngiltərənin U-21-nin baş məşqçisidir.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0