“Azərbaycan bizim üçün naməlum rəqibdir”
29.02.2012 - 17:01
2015-ci ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsini keçirmək iddiasında olan Avstriya rəqiblərindən Azərbaycanın şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Avstriya Futbol İttifaqı yarışın təşkilatçılığı ilə bağlı 160 səhifəlik Sifariş Kitabını artıq UEFA-ya təqdim edib. Bu sənədin hazırlanmasına rəhbərlik edən Avstriya Futbol İttifaqının sabiq baş katibi Volfqanq Qramann təşkilatçılıq hüququna yiyələnmək uğrunda mübarizədə rəqiblərini dəyərləndirib: “Rusiya və Azərbaycan daha çox naməlum rəqib təsiri bağışlayır. Biz ciddi rəqib kimi əsasən Uels və Çexiyaya baxırıq. Çünki onlar artıq bir dəfə namizədliklərini veriblər”.
Qeyd edək ki, Azərbaycanla yanaşı, Avstriya, Portuqaliya, Rusiya, Çexiya, Uels, Macarıstan və Yunanıstan da Avro-2015-in ev sahibliyinə iddia edir.
Qeyd edək ki, Azərbaycanla yanaşı, Avstriya, Portuqaliya, Rusiya, Çexiya, Uels, Macarıstan və Yunanıstan da Avro-2015-in ev sahibliyinə iddia edir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0