Rəşad Sadiqov: Milli komanda qola qədər sanki yatmışdı
29.02.2012 - 20:15
“Fələstin yığması bundan əvvəl Dubayda görüşdüyümüz rəqiblərdən yaxşı təsir bağışladı. Ancaq bu, uduzulası oyun deyildi”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadiqov deyib.
Yarımmüdafiəçi millimizin bu gün Fələstin yığmasına 0:2 hesabı ilə uduzduqları oyunda məğlubiyyətini əsasən yorğunluqla əlaqələndirib: “Komandamızda yorğunluq vardı, sanki qola qədər yatmışdı. Sonra ayıldılar, oynamağa başladılar. 5 günə 3 oyun keçirmək doğrudan da çətin məsələdir. Bəlkə oyunlar arasında çox vaxt olsaydı, qalib gələ bilərdik”.
Rəşad belə rəqibə məğlubiyyəti biabırçılıq saymır: “Niyə biabırçılıq olmalıdır? Türkiyə yığması bizdən 100 pillə irəlidə idi, ancaq onlara qalib gəldik. Hər ildə kimdəsə bir sensasiya olur. Ola bilsin ki, bu da Fələstin yığmasının yazdığı sensasiyadır. Belə məğlubiyyət hər kəsin başına gələ bilər”.

- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0