Dubayda itirilən xallar
02.03.2012 - 14:11
Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi hər 3 yoxlama oyunu FİFA reytinqində əksini tapacaq. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu fevralın 24-də Sinqapur (2:2), 27-də Hindistan (3:0), 29-da Fələstin (0:2) yığmaları ilə yoldaşlıq oyunlarının nəticələrini hesablayıb. Düzdür, son qarşılaşmanın FİFA tərəfindən hesaba alınmamağı gözlənilirdi. Lakin qurum hər 3 görüşün nəticəsini hesaba alaraq FİFA reytinqinə daxil edib.
Artıq bu oyunlara əsasən yığmamızın reytinqindəki dəyişikliyin necə olacağı da məlumdur. Sinqapurla heç-heçə yığmamızın ümumi hesabına 48,36, Hindistan üzərindəki qələbə 139,5 xal gətirib. Təbii ki, Fələstinlə məğlubiyyət “0”a bərabər olub. Yekunda isə millimiz martın 7-də açıqlanacaq reytinqə 285 xalla yollanır. Bu isə fevral reytinqi ilə müqayisədə 21 xal azdır. Yəni, 306 xalla 109-cu olan millimiz 21 xallıq azalmanın qarşılığında geriləyəcəyi ehtimal olunur.
Yığmamız üzərində sensasion qələbə qazanan Fələstin isə bunun bəhrəsini görüb. Qələbə onların ümumi balansına 253,89 xal gətirib. Ümumilikdə isə reytinqi 128-dən 131-dək artan ərəblər 3 xallıq qazanc müqabilində 162-ci pillədən irəli getmək iddiasındadır. 148-ci olan Sinqapur isə millimizlə heç-heçədən xeyir görməyəcək. Bu bərabərlikdən balansına 84,53 xal əlavə edən asiyalılar reytinqlərinin 155 xaldan 149-a enməsinə mane ola bilməyib. Bu isə onların mövqeyini daha da pisləşdirir.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0