“Milli komandada cəmi 1 qol vurmuşam, onu da Azərbaycan yığmasına”
02.03.2012 - 17:41
Türkiyə yığmasının sabiq futbolçusu Tayfun Korkut millimizlə oyunu xatırlayıb. Apasport.az saytının məlumatına görə, bu yaxınlarda baş məşqçi Abdullah Avcının köməkçisi təyin olunan 38 yaşlı keçmiş yarımmüdafiəçinin karyerasında milli komandamız xüsusi yer tutur.
Belə ki, Tayfun 42 oyun keçirdiyi “ay-ulduzlular”da yeganə qolunu məhz millimizə vurub. O, özü də bu qolu hələ də unuda bilmədiyini açıqlayıb: “Milli komandada cəmi 1 qol vurmuşam, onu da Azərbaycana. Bu, DÇ-2002-nin seçmə mərhələsinin İstanbulda 3:0 hesabı ilə qalib gəldiyimiz matç idi. Həmin oyunda hesabı mən açmışdım”.
Qeyd edək ki, Avçının yeni köməkçisi futbolçu karyerası ərzində Almaniyada “Ştutqart Kikkers”, Türkiyədə “Fənərbaxça”, “Beşiktaş”, “Gənclərbirliyi”, İspaniyada “Espanyol” və “Real Sosyedad”ın şərəfini qoruyub.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0