Millimizin hücumçusu “Qranada”da
03.03.2012 - 10:19
Millimizin hücumçusu Rizvan Umarovun çıxış edəcəyi klub müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, "Deportivo Kastellon"an ayrılan futbolçu karyerasını İspaniyada davam etdirəcək.
İspaniya mətbuatının məlumatına görə, Rizvan La Liqada çıxış edən "Qranada" klubu ilə anlaşıb. Lakin Umarov hələ La Liqa klubunun əsas komandasının heyətinə qatıla bilməyəcək. "Transfer pəncərəsi" bağlı olduğundan futbolçumuz mövsümün sonuna qədər dördüncü divizionda çıxış edən "Qranada B"də məşq edəcək.
Futbolçunun ispaniyalı meneceri Antonio Lopes Rizvanın "Qranada"ya keçidinə münasibət açıqlayıb. O, futbolçumuzu tərifləyib: "Rizvan universal futbolçudu. O, hücum xəttinin bütün mövqelərində çıxış edə bilir. Əsasən də mərkəzdə özünü daha yaxşı hiss edir. Umarovun güclü zərbələri var və topla çox gözəl davranır".

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0