Premyer Liqanın rekordu qırıldı
04.03.2012 - 00:01
Unibank Premyer Liqasında mütləq rekord qırılıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malik “İnter”in uğurlu çıxışı başa çatıb. Bu, “bankirlər”in XXII turda “Bakı” ilə səfər oyununda reallaşdı – 0:1.
Maraqlıdır ki, “İnter”in sonuncu məğlubiyyəti də məhz “Bakı” ilə görüşə təsadüf etmişdi. Bu, ötən ilin sentyabrın 20-də III turun matçında qeydə alınmışdı.
Düzdür, onda “İnter” “Şəfa” stadionundakı ev oyununun uzatma dəqiqələrində meydanı tərk etdiyi üçün matç başa çatdırılmamışdı və AFFA-nın İntizam Komitəsi bu səbəbdən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət vermişdi. “İnter” bunadək oyunda yeganə məğlubiyyətini isə daha öncə, yəni II turda avqustun 14-də Ağdamda “Qarabağ”la oyunda almışdı. Komanda həmin səfər matçında da 0:1 hesabı ilə uduzmuşdu.
Beləliklə, “İnter” kuboku da nəzərə alsaq, 19 oyundan sonra uduzdu. Bu isə məğlubiyyətsiz seriyanın 162 gün sonra qırılmağı deməkdir.
Mehman SÜLEYMANOV

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0