“Biz yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq”
04.03.2012 - 17:54
“Bütün oyunçularımıza və məşqçilər heyətinə təşəkkür edirəm. Komanda Marko Şarliyadan başlamış, Uinston Parksa qədər yumruq kimi birlik göstərdi. Biz yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Denis İvanovs deyib.
Premyer Liqanın XXII turu çərçivəsində “İnter” üzərində qələbə qazanan “zolaqlılar”ın futbolçuları oyunla bağlı fikirlərini açıqlayıblar. İvanovs komandasına inandığını və mövsümün sonunda hər şeyin yaxşı olacağını düşünür: “Biz güclü oyunçulara malik komandayıq. Bunun nəticəsi özünü göstərməlidir”.
“Bakı”nın digər legioneri Xavyer Junior isə deyib ki, bu qələbəni klubun prezidentindən tutmuş inzibatçıya qədər hamı qazanıb: “Biz bu qələbəyə layiq idik.Futbolçularımız hər gün güclü məşqlər keçirlər. Əvvəllər oyunumuz alınmayanda məğlub olurduq və ya heç-heçə oynayırdıq. Artıq işlər qaydasına düşür. Bu, bütün komandanın qələbəsidir. Biz birlikdə mübarizə aparıb, qələbəni əldə etdik".
Bakı TV

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0