“Çelsi”nin baş məşqçisi istefaya göndərildi
04.03.2012 - 23:00
“Çelsi” rəhbərliyi baş məşqçi Andre Villaş-Boaşı istefaya göndərib. Apasport.az saytının xəbərinə görə, “uğursuzluq zolağı”nda olan London təmsilçisi çıxış yolu kimi portuqaliyalı mütəxəssislə yollarını ayırıb.
Bununla bağlı komanda rəsmi məlumat yayıb: “Təəssüf ki, komandanın hazırlığı və aldığı nəticələr yetərli deyildi. Gələcək üçün ümid olmadığından belə qərarı vermək məcburiyyətində qaldıq”.
“Zadəganlar”a cari mövsümün sonunadək Roberto Di Matteo rəhbərlik edəcək.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının hesabat turunda səfərdə “Vest Bromviç”ə uduzub – 0:1. 27 turdan sonra hesabında 46 xalı olan komanda 5-ci pillədə qərarlaşıb.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0