“Simurq” rəhbərliyi baş məşqçi Sergey Yuranı istefaya göndərdi
05.03.2012 - 13:48
Sergey Yuran “Simurq”un baş məşqçi postundan istefa verib. Bu haqda apasport.az saytına klubun icraçı-direktoru Vaqif Əliyev məlumat verib.
O bildirib ki, ötən yay komandaya dəvət olunan 43 yaşlı rusiyalı çalışdırıcı öz istəyi ilə ayrılıb: “Ötən turda “Kəpəz”ə səfərdə məğlubiyyətdən sonra klubdaxili iclasımız oldu. Onda prezidentimizlə baş məşqçi arasında söhbət olub. Yuran istefa verib və bu, qəbul olunub. Yəni onun gedişi qarşılıqlı razılıqla olub və cari mövsümün sonunadək olan müqaviləsinə xitam verilib. Artıq əşyalarını yığan Yuran Zaqataladan Bakıya yollanıb”.
Əliyev yeni baş məşqçi məsələsinə belə aydınlıq gətirib: “Hələ ki baş məşqçi əvəzi onun köməkçisi İqor Getmandır. O, martın 7-də “Qarabağ”la oyuna komandanı çıxaracaq. Ancaq cari mövsümün sonunadək yeni baş məşqçimiz olacaq. Buna kubok oyunları ilə əlaqədar çempionatda fasilə zamanı aydınlıq gətirəcəyik. İkinci “altılıq”da ilk oyunumuza komandanı yeni baş məşqçinin çıxarmağı nəzərdə tutulub”.
Qeyd edək ki, Yuranın ilk “altılığ”a çıxara bilmədiyi “Simurq” hazırda 9-cu pillədə qərarlaşıb.
Mehman SÜLEYMANOV

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0