“Xəzər Lənkəran”da yeni rekord
06.03.2012 - 10:48
Premyer Liqanın XXII turunun “Sumqayıt”la səfər oyunu Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın kapitanı 177-ci dəfə “ağ-yaşıl” formada meydana çıxmaqla, klub tarixində yeni rekord müəyyənləşdirib. Bu matçadək Alim Qurbanovla şərikli lider olan Rahid artıq komanda yoldaşını arxada qoyub.
O, bu matçların 135-ni Azərbaycan çempionatı, 28-ni kubok, 6-nı “Birlik kuboku”, 8-ni isə avrokuboklarda keçirib. Əmirquliyev yeni rekord müəyyənləşdirdiyi oyunda məhsuldarlıq seriyasının qırılması ilə barışıb.
Belə ki, son 3 oyunda meydanı qolsuz tərk etməyən yarımmüdafiəçi bu dəfə komanda yoldaşlarının fərqlənməsi üçün əlindən gələni edib.
Qeyd edək ki, Rahid XVIII turun “Bakı”, XX turun AZAL, XXI turun “Qəbələ” ilə görüşlərində qol vurmuşdu.

- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0