Robertas Poşkus “Simurq”dan ayrıldı
06.03.2012 - 14:45
“Simurq” litvalı bombardirini itirib. Apasport.az saytının məlumatına görə, Robertas Poşkus ötən yay “İnter”dən transfer olunduğu Zaqatala təmsilçisi ilə yollarını ayırıb. Qış fasiləsində ailə problemləri üzündən hazırlıq prosesindən kənarda qalan, vaxtında düşərgəyə qayıtmayan təcrübəli hücumçu baş məşqçi Sergey Yuranın istefası ilə eyni vaxtda gedib.
Poşkusun qayıdışı “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqları səfər matçı olub ki, zaqatalalılar bundan sonra düşərgədən gedən legionerin xidmətində maraqlı deyil. “Altılığ”a kənarda qalmağı xeyli vaxtdır dəqiqləşən “Simurq”da əsas hücumçu qışda transfer etdiyi, milli çempionatımızda oyun təcrübəsinə malik moldovalı Anatoli Doroşdur.
Qeyd edək ki, Robertas “Simurq”un heyətində 8 qol vurub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0