“Barselona”nın saytı “Bakı”dan yazdı
06.03.2012 - 18:26
Avropanın ən güclü klubu seçilən "Barselona"nın rəsmi saytı bir daha Avropa Klublar Birliyinin (ECA) 2011-ci ilin yekunlarına həsr olunan mükafatlandırma mərasiminin nəticələri haqda yazıb. Apasport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin orqanı ECA-nın 2011-ci ili nəticələrinə görə qalib elan olunan klublara xüsusi mükafatlar təsis etməsi və qaliblərin adını bir daha vurğulayıb. İlin yekunlarına əsasən, Avropanın 4 klubu qalib elan olunub. "Barselona" ilin ən güclü klubu, Portuqaliyanın "Braqa" klubu ən yüksək inkişafa nail olan klub, Şotlandiyanın "Seltik" klubu sosial proqramlarına görə, Azərbaycanın "Bakı" klubu isə futbol akademiyasının fəaliyyəti sayəsində "Ən yüksək nailiyyət" mükafatına layiq görülüb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0