Joze Mourinyo “Çelsi”yə “hə” dedi
07.03.2012 - 12:50
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo yenidən İngiltərəyə qayıtmağa yaxındır. Apasport.az saytının məlumatına görə, baş məşqçisiz qalan “Çelsi”nin sabiq çalışdırıcısını qaytarmaq arzusu tezliklə gerçəkləşə bilər.
Belə ki, Mourinyo özü də yenidən “zadəganlar”ın “sükanı arxasına” keçməyin əleyhinə deyil. “Çelsi”yə qayıtmaq üçün portuqaliyalı mütəxəssis öz şərtlərini də irəli sürüb.
Bunun üçün klub baş məşqçiyə ildə ən azı 12 milyon funt sterlinq ödəməlidir. “Çelsi”nin sahibi Roman Abramoviç üçün bu şərt o qədər də qorxulu deyil. Lakin Mourinyonun 2-ci şərti daha çətin görünür. Belə ki, mütəxəssis həmyerlisi Kriştianu Ronaldonunun da “Real”dan transfer olunmasını istəyir.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0