AVRO-2020: Azərbaycan və Gürcüstan birgə namizədliyini irəli sürür
07.03.2012 - 13:50
Azərbaycan və Gürcüstan 2020-ci ildə futbol üzrə Avropa çempionatının bu ölkələrdə keçirilməsi üçün birgə namizədliyini verəcək. Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda, Milli Məclisdə çıxışı zamanı bəyan edib.
O, qonşu ölkələrin qitə çempionatını birgə keçirməkdə maraqlı olduğunu bildirib: “Biz gələcəkdə ölkələrimiz arasında münasibətlərin daha yüksək səviyyədə olmağını istəyirik. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə konkret və diqqəti çəkən layihələri müzakirə etdik. Bunlar xalqlarımıza sərfəli olacaq. Biz futbol üzrə Avropa çempionatını birgə keçirməyə sifariş vərəqini verməyi razılaşdırdıq”.
Qeyd edək ki, UEFA 2020-ci ildə Avropa çempionatı keçiriləcək ölkələrin adını 2014-cü ildə təsdiqləyəcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0