“Anji”dən Arda Turana 24 milyon avroluq təklif
09.03.2012 - 10:03
Türkiyə milli komandasının futbolçusu Arda Turan Rusiyanın “Anji” klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Madrid “Atletiko”sunun 25 yaşlı yarımmüdafiəçisini transfer etmək istəyir. Transfer məbləği 24 milyon dəyərləndirilir ki, güclü maliyyə imkanlarına malik “Anji” onu ödəməyə hazırdır.
Özü də rusiyalı milyarder Süleyman Kərimovun sahibi olduğu klub Ardaya 7,5 milyon avroluq müqavilə edir. Futbolçunun keçidini “Anji”nin yeni baş məşqçisi Qus Hiddink təkid edir. Belə ki, Turan hollandiyalı mütəxəssisin 2 il çalışdırdığı Türkiyə yığmasında rəhbərliyi altında oynayıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0