AVRO-2020: Azərbaycan və Gürcüstanın rəqibləri açıqlandı
09.03.2012 - 10:29
2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsini (Avro-2020) birgə keçirməyə iddialı olan Azərbaycanla Gürcüstanın rəqibləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mötəbər turniri keçirmək üçün 7 sifariş ərizəsi təqdim olunub.
Özü də maraqlıdır ki, onların çoxu 2 yox, hətta 3 ölkədir. Belə ki, keçmiş Yuqoslaviya təmsilçiləri - Bosniya və Herseqovina, Xorvatiya, Serbiya və Böyük Britaniyaya daxil olan ölkələr – İrlandiya, Şotlandiya, Uels bu ağır yükün altına birgə girmək istəyir.
Bizim kimi final mərhələsini birgə keçirmək istəyən 2 ölkə Rumıniya və Bolqarıstan, Çexiya ilə Slovakiyadır. Əsas favoritlər isə tək namizədliyini verən Türkiyə, Hollandiya və Belçikadır. Avro-2020-nin harada keçiriləcəyi UEFA-nın 2014-cü ildə keçiriləcək İcraiyyə Komitəsinin iclasında müəyyənləşəcək.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0