Petar Zlatinov “Səni axtarıram”da
10.03.2012 - 00:01
Belarus mətbuatı vaxtilə bu ölkənin futbol çempionatında parlamış, sonradan qeybə çıxan legionerlərin izinə düşüb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Səni axtarıram” rubrikası hazırlayaraq, hər dəfə bir neçə legionerin sonrakı taleyinə aydınlıq gətirir.
Bu yazıda 7 futbolçunu tapan belaruslular Bakının “İnter” klubunda çıxış edən Petar Zlatinovu da həmin siyahıya daxil ediblər.
2003-cü ildə Minsk “Dinamo”suna keçən bolqar yarımmüdafiəçisinin ölkə kubokunda BATE-yə vurduğu möhtəşəm qolu unuda bilməyən həmkarlarımız 2005-ci ildə Belarusu tərk edən Petarın karyerasını araşdırıb. Onun həmin vaxt vətəninə qayıtdığı, 2008-ci ildə isə “İnter”ə keçdiyini də vurğulanıb.
Qeyd edək ki, 2008-ci ilin yayında Bakı təmsilçisinə keçən Zlatinov 2007/08 və 2009/10 mövsümlərində Azərbaycan çempionu olub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0