“Ümid edirik ki, Georgi Çixradze döyüşkən “Simurq” yaradacaq”
13.03.2012 - 10:28
“Hesab edirəm ki, Çixradze “Simurq”u yeni keyfiyyətli səviyyəyə çıxaracaq gücdədir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un prezidenti Anar Bəkirov deyib. Zaqatala təmsilçisi istefaya göndərdiyi rusiyalı baş məşqçi Sergey Yuranın yerinə gətirdiyi gürcü Georgi Çixradzeyə böyük ümid bəsləyir.
Bəkirov bunda 44 yaşlı çalışdırıcının ölkəmizdə xeyli müddətdir işləməyinə əsaslanır: “Çixradze artıq uzun müddətdir Azərbaycanda işləyir və Azərbaycan futbolunu yaxşı bilir. Klub rəhbərliyi ona inanır və ümid edir ki, zaqatalalı futbolsevər növbəti mövsümdə döyüşkən “Simurq” görəcək. Həmin komanda yüksək yerlər uğrunda mübarizə aparacaq”.
Qeyd edək ki, 2009-cu ildən “İnter”də həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi olan Çixradze Moskvada Ali Məşqçilər Məktəbini bitirib və Pro lisenziyasına malikdir. O, vətənində 2 il dalbadal - 2005 və 2006-cı illərdə “Ameri” klubu ilə ölkə kubokunu qazanıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0