AFFA “Qarabağ”ın məşqçisini cəzalandırdı
13.03.2012 - 12:44
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ötən turunda qırmızı vərəqə alan 3 futbolçunun cəzaları müxtəlif olub.
Belə ki, “Simurq” – “Kəpəz” oyununda bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Ceyhun Sultanovla Vasili Yanotovski hərəyə 2 oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb. “İnter”in futbolçusu Asif Məmmədov “Bakı” ilə səfər görüşündə 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib.
“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov “Xəzər Lənkəran”la ev matçında “texniki zona” qaydalarını pozduğundan, 1 oyunluq cəzaya və 1000 manat cəriməyə məruz qalıb. “Qəbələ” – “Neftçi” matçında azarkeşlər meydana kənar əşyalar atdığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0