Anatoli Demyanenko “Neftçi” ilə “Volın”ı müqayisə etdi
15.03.2012 - 15:47
Tanınmış ukraynalı məşqçi Anatoli Demyanenko vaxtilə baş məşqçisi olduğu “Neftçi” klubunun infrastrukturuna qiymət verib. Apasport.az saytının məlumatına görə, hazırda vətənində “Volın”a rəhbərlik edən mütəxəssis hazırkı komandasının şəraitindən gileylənib.
O, Lutsk təmsilçisinin məxsus olduğu qurğuları əvvəllər çalışdığı “Neftçi” və Özbəkistanın “Nasaf” klublarındakı ilə müqayisə edib: “Çalışdığım bu 3 klubun infrastrukturları təxminən eyni səviyyədədir. Əvvəllər də dediyim kimi, problem öz bazamızın olmaması və yaxşı məşq meydanlarının yoxluğudur. Klub rəhbərliyi hazırda bu məsələ üzərində çalışır və yaxın zamanda qaydasına qoyacaq”.
Qeyd edək ki, Demyanenko 2008-ci ilin yanvarından avqustuna qədər “Neftçi”nin baş məşqçisi olub.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0