Qara ciyəri dəyişdirilir, Avro-2012-dən kənar qalır
16.03.2012 - 09:50
“Barselona”nın fransalı futbolçusu Erik Abidal bu il Ukrayna və Polşada keçiriləcək Avro-2012-nin final mərhələsindən kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçini yaxın həftələrdə qara ciyərinin dəyişdirilməsi ilə bağlı ciddi əməliyyat gözləyir.
Erik ötən ilin martında qara ciyərində şişin aradan qaldırılması ilə əlaqədar cərrah bıçağı altına uzanmışdı. Bundan sonra yaşıl meydan qayıdan Fransa yığmasının futbolçusunun xəstəliyi yenidən özünü büruzə verdiyindən əməliyyat qaçılmazdır. “Barselona”nın rəsmi saytı bəyan edib ki, Abidalın xəstəliyi intensivləşdiyindən qara ciyər köçürülməsi vacibdir: “Bu bir il öncə müalicə başlayan zaman variantlardan biri idi. İndi klub bütün hamıdan futbolçunun şəxsi həyatına hörmət etməyi xahiş edir”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0