Yunis Hüseynov sabiq köməkçisini “Xəzər Lənkəran”a apardı
16.03.2012 - 11:10
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Yunis Hüseynovun köməkçilərinin adları məlum olub. Apasport.az saytının məlumatına görə, bunlardan biri Azərbaycan çempionatının I Divizionunda mübarizə aparan “Karvan”ın baş məşqçisi Zakir Mahmudovdur.
Əvvəllər həm “Karvan”, həm də “Standard”da Hüseynovun köməkçisi olan mütəxəssis yenidən iddialı klubda çalışmaq üçün Yevlax təmsilçisindən istefa verməyə də razı olub.
Onunla yanaşı, A kateqoriyalı məşqçi Zamin Əsədullayev və hazırda “Xəzər Lənkəran”da seleksiyaçı məşqçi kimi çalışan Zaur Ramazanov baş məşqçisinin köməkçiləri olacaq. “Karvan”da Hüseynovun rəhbərliyi altında oynayıb Azərbaycan çempionatının ən yaxşı bombardiri olan Ramazanov eyni zamanda komandadan kənarda seleksiya işlərini də davam etdirəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” komandası yeni məşqçilərin rəhbərliyində bu gün saat 16:30-da “Fırtınalar meydanı”nın yardımçı meydançasında məşqə çıxacaq.
Mənbə: 12cioyuncu.info

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0