“Neftçi” abunəçimizdir” sözlərinə qalib gəlməklə cavab verdik”
18.03.2012 - 18:58
“Bu gün yaxşı oynadıq və qalib gəldik. Rəqibimiz çox təmkinli komandadır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
O, Premyer Liqanın XXIV turunda “İnter”ə 2:1 hesablı qələbədən şad olduğunu deyib. Hacıyev bildirib ki, bu qələbədə “bankir”lərin prezidenti Georgi Nikolovun apasport.az-a açıqlaması da mühüm rol oynayıb: “İnter”lə oyuna yaxşı hazırlaşmışdıq, bunun bəhrəsini gördük. Bugünkü oyunda daha çox yerli futbolçulara şans verdim. Çünki, bizə qalan onlar olacaq. “İnter”in prezidenti Georgi Nikolovun “Neftçi” bizim abunəçimizdir” sözlərinə gəldikdə isə belə açıqlamalar düzgün deyil. Biz bunu qalib gəlməklə sübut etdik. Növbəti oyunlarda bu qələbələrin davamını gətirməyə çalışacağıq”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0